Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS

Yeni kitablar
HÜSEYN CAVİD ƏSƏRLƏRİ BEŞ CİLDDƏ II CİLD
24 Oktyabr , 2017
XX yüzil bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilən şəxsiyyəti, böyükmütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz yaradıcılıq irsi zamankeçdikcə daha çox aktuallıq kəsb etməkdədir.Şair və ədiblərimiz içərisində ən müstəsna, ən zərif və narın bir dillə yazan Cavidyaradıcılığa poeziya ilə başlasa da, Azərbaycan ədəbiyyatı tarixində daha çox dramaturq kimişöhrət tapmış, dramatik janrın bir çox təkrarsız nümunələrini yaratmışdır. Cavidin get-gedədramatik növün ağırlığı ilə müşayiət olunan ədəbi fəaliyyətində fəlsəfi ruhun hakim kəsildiyipoeziyasından gələn çalarların aparıcı olduğu aşkar duyulmaqdadır; onun dram əsərlərininmühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir.
Faylı yuklə