Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS

Yeni kitablar
"Sirli gedişlər"
16 İyul , 2021
“Sirli gedişlər” romanında yeddi bacının həyatı əks etdirilir. Romanın mərkəzində bacılardan biri Leylanın həyatı, uşaqlıqdan başlayaraq keçdiyi yollar, yüksələn xətlə, canlı bir dinamika ilə təsvir edilir. Həyat öz qeyri-adiliyi, gözlənilməzliyi və hər insan taleyində yeni bir şəkildə qol-qanad açıb şaxələnməsi ilə uydurulması mümkün olmayan sujetlərlə doludur. Müəllif iştirakçısı və şahidi olduğu olayları bir hüquqşünas səriştəsi ilə qələmə alır. Oxucu hadisələrin gələcək davamını intizarla, səbrlə gözləyir; həyatın əsər qəhrəmanlarını hansı sınaqlardan keçirəcəyini, hara aparacağını izləyir. Romanın qəhrəmanlarını, o cümlədən Leylanın həyatı insanı düşündürən və yaşadığımız dünyanın hər cür gözlənilməz olaylarına hazır olmağa sövq edən motivlərlə zəngindir. Leyla ailəsinin istəyini qəbul etmədən, öz arzusu və bacarığına uyğun olaraq hüquqşünaslıq yolunu seçir. Qanunun aliliyinin qorunmasına xidmət, çətinliklərlə üzləşən insanlara kömək yolunu seçir. Onun əsas amalı xeyirxahlıqdır. Kasıbların, kimsəsizlərin, imkansızların, maddi sıxıntı keçirənlərin, haqsızlıqlarla üzləşənlərin müdafiəçisi kimi şərəfli bir yol tutsa da, həyatın paradoksu olaraq özü də haqsızlıqlarla, təhdidlərlə, şər və böhtanla üzləşir; lakin ədalət uğrunda mübarizədə öz əqidəsindən geri çəkilmir. Mən Azərbaycan şahmat federasiyasının yaradılmasında iştirak etmiş və bir müddət federasiyanın prezidenti olmuşam. Romanda başqa adla təqdim edilən, bir neçə dəfə Azərbaycan çempionu olmuş gənc qroysmestri, yəni romanın qəhrəmanının oğlunu yaxşı tanıyır və onun şahmata həsr olunmuş uşaqlıq və yeniyetməlik illərini xatırlayıram. Əslində bu romanın yazılmasına hüquqşünas xanımı – şahmatçı anasını həvəsləndirən də elə oğlunun bu zəka idmanı sahəsində qazandığı uğurlar olmuşdur.
Faylı yuklə