Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
5 Aprel , 2021
Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon MKS-inin Oxuculara Xidmət şöbəsinin
kitabxana infrmasiya texnologiyaları üzrə mütəxəssisi F.Abdullyeva
Azərbaycanın Mili Qəhrəmanı Etbar Hacıyevin anım gününə həsr olunmuş
video-çarx hazırladı. Video-çarx youtube.com/Goygol MKS kanalında paylaşıldı.

Hacıyev Etibar 5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması nəticəsində Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonunda müvəqqəti məskunlaşmışdır. 1989-cu il iyunun 13-də hərbi xidmətə çağırılmış və Perm şəhərində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayonuna (indiki Göygöl) gəlmişdir. 1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılaraq, torpaqlarımızın müdafiəsinə qalxmışdır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərmişdir. Onun döyüş yolu Gülüstan kəndinə qədər uzanmışdır. 1992-ci il iyunun 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Xanlar rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Hacıyev Etibar Firuddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Xanlar rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.