Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 İyun , 2021

   Eldarzadə Azər İsmixan oğlu 25 oktyabr 1994 –cü il tarixdə Göygöl şəhərində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.Azərbaycan Ordusunun əsgəri olan Azər Eldarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətənmüharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Eldarzadə oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Eldarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Ailəli idi. Bir oğlu yadigar qaldı. Yaşadığı küçə onun adını daşıyır.


  17 iyun 2021-ci il tarixdə  Mədəniyyət müəssisə rəhbərləri  adları  çəkilən  vətən şəhidi  əsgər Eldarzadə Azər İsmixan oğlunun ailəsini ziyarət etdilər. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik .