Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 İyun , 2021

    İsgəndərov Əsəd Bəybala oğlu 27 oktyabr 1990-cı ildə  Göygöl rayonunun   Topalhəsənli kəndində anadan olmuşdur. — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsəd İsgəndərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra “ Vətən uğrunda medalı”  ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan  Prezidenti İlham Əliyevin 25.12.2021 il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.  

   17 iyun 2021-ci il tarixdə  Mədəniyyət müəssisə rəhbərləri  adları  çəkilən  vətən şəhidi gizir İsgəndərov Əsəd Bəybala ailəsini ziyarət etdilər. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik