Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
29 İyul , 2021

29 İyul 2021-ci il tarixdə Göygöl rayon MKS-nin S.Vurğun adına MK-nın Oxuculara Xidmət şöbəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə "Hər gecəm oldu kədər" başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbir kitabxananın oxu zalında təşkil olunmuşdur. Oxu zalında "Nizami Gəncəvi - 880" başlığı altında şairin kitablarından ibarət sərgi təşkil olunmuşdur. Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Pərviz Hümbətov tədbiri açıq elan edərək dahi şairin həyat və yaradıcılığı və mahiyyəti haqqında qısa məlumat verdi. Sonra kitabxananın baöyük kitabxanaçısı Ü. Mustafayeva Nizaminin Xəmsəsi  haqqında çıxış etdi. Tədbir iştirakçılarına Oxuculara Xidmət Şöbəsinin hazırladığı video-çarx təqdim olundu. Tədbirin sonunda Nizaminin sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romansları Müslüm Maqomayev və Bülbülün ifasında dinlənildi. Tədbir dinləyicilər tərəfindən maraqla qarşılandı.

Foto Qalereya