Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 Avqust , 2021
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşəbbüsü, MKS-nin İnformasiya-resurs şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ad günü ilə əlaqədar “Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən insan- Mehriban xanım” mövzusunda onlayn tədbir keçirildi.
Tədbirdə Göygöl MKS-nin, Göygöl rayon Mədəniyyət Mərkəzinin, Göygöl rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edirdi.
Tədbiri Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov açıq elan edərək qeyd etdi ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Mədəniyyət mərkəzinin direktoru Ayaz Qurbanov və MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Müşviqə Musayeva Mehriban xanım Əliyevanın həyatı haqqında, Oxuculara Xidmət şöbəsinin böyük kitabxanaçısı Ülviyyə Mustafayeva , Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Fəxriyyə Hüseynova, Heydər Əliyev Mərkəzinin kərgüzarı Nuranə Quliyeva, MKS-nin Cümşüdlü kənd Kitabxana filialının müdiri Aygün İbrahimova Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasında Mədəniyətimizin təbliğindən, təhsildən, səhiyyədən, xeyriyyəçilikdən, dünyada Azərbaycanın Mədəni İrsinin qorunması haqqında gördüyü işlər haqqında geniş məruzə ilə çıxış etdilər.
Foto Qalereya