Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
3 Sentyabr , 2021
03.09.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonü üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayon MKS-nin S.Vurğun adına MK-nın Oxu zalında “Rəsm çəkməyi öyrənək” adlı məşğələ saatı keçirildi. MKS-nin tərtibatçı rəssamı Xanlar Nəzərəliyev məşğələdə iştirak edən uşaqlara rəsm və rəssamlıq haqqında danışdı. Rəssam X.Nəzərəliyev uşaqlara rəsm çəkmək üçün lazım olan ləvazimatlardan düzgün istifadə etmək və rəsm çəkməyin ilkin sirləri haqqında məlumat verdi. Asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan bu tədbir uşaqların böyük marağına səbəb oldu.
Təsviri sənət incəsənətin bir növüdür. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı. Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mühitdə mövqеyini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır. Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı-ayrı hissələrin əlaqəsi dеməkdir. Rəsmin mövcudluğu insan qədər qədimdir. Qədim Qobustan qayaüstü rəsmləri buna misal ola bilər.
Foto Qalereya