Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
19 Avqust , 2021
19.08.2021-ci il tarixdə Göygöl rayon MKS-inin İnformasiya-resurs şöbəsinin təşkilatılığı ilə “İnternetdən düzgün istifadə edirikmi?” mövzusunda dəyirmi masa keçirildi.
Artıq həyatımıza daxil olan və xüsusən gənclərin həmdəminə çevrilən internetin intellektual inkişafa təsiri əvəzsizdir. Qeyd edək ki, Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur. Ölkəmizdə internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək məqsədilə internetə daxil olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox olan insanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0,7 faiz təşkil edir. İstifadəçilərin 55 faizi ali təhsillidir. İnternetdən yalnız əyləncə vasitəsi kimi istifadə edənlər bilməlidirlər ki, internetdə əyləncədən başqa nələri etmək mükündür. Məsələn, müxtəlif ölkələrin bədii ədəbiyyatları ilə tanış olmaq, şəxsi veb səhifələr və bloglar qurmaq və istifadə etmək, İstənilən məlumatı tapmaq imkanı və s. Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir.
Foto Qalereya