Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Avqust , 2021
17.08.2021 -ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mərkəzi uşaq kitabxanasında "Nağıl saatı" keçirildi. "Nağıl saatı"da böyük şair Nizami Gəncəvinin 880 illiyi çərçivəsində balaca fidanlara şairin mənzun hekayələri oxundu.
Oxunan hekayələr uşaqların böyük marağına səbəb olub.
Qeyd edilib ki, isti yay günlərində belə “nağıl saat” larının təşkil olunması uşaqlar üçün çox yaxşıdır. Belə ki, uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb hekayə qəhrəmanlarının dünyasına səyahət etmiş olurlar. Kiçik yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, kitaba marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır. Nağıl saatının sonunda uşaqlar şairin seirlərini söylədilər.
Foto Qalereya