Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
16 Avqust , 2021
16.08.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşəbbüsü və Göygöl rayon MKS-inin İnformasiya – resurs şöbəsinin təşkilatçılığı ilə “Qadına şiddətə son!” başlığı adı altında tədbir təşkil olundu. Tədbirdə qadın zorakılığına son qoymaq, zorakılığa məruz qalmış qadınlara dəstək olmaq və problemin aradan qaldırılması üçün qadınların mütləq şəkildə təhsilli olmasının vacibliyini vurğulandı.“Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir. Zorakılıq halları daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir”. Bu kimi mövzularda məruzəçilər çıxış etdilər.
Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və qızlara qarşı zorakılıq insanlığın ən utancverici insan haqları pozuntusu halıdır.Qadınlara qarşı zorakılıq cəmiyyətdə qadınlara və kişilərə fərqli yanaşmadan irəli gəlir. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün ölkəmizdə qadın hüquqlarının təminatını bir sıra yerli və beynəlxalq qanunvericilik təmin edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir.
“Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir.” Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolunun böyük olduğunu vurğulandı.
Tədbirin sonunda qadın zorakılığı ilə bağlı videoçarx izlənildi.
Tədbir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq baş tutmuşdur.
Foto Qalereya