Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 İyun , 2021
Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi, ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan onlayn videokonfrans keçirilib. Konfransda ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi, mədəniyyət müəssisələrinin drektorları və işçi kollektivi iştirak edib.
Güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. Vətən müharibəsində əldə edilən tarixi zəfərimizin nəticəsidir ki, artıq Azərbaycan Respublikası istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan azad etmək qüdrətində olduğunu bildirir və buna tam qadir olduğunu bəyan edirdi: "... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir". -deyirdi və belə də oldu. Azərbaycan Ordusu Vətən Müharibəsində böyük Zəfər qazandı. 44 günlük müharibədə tarix yazan rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Ordumuz xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə qəhrəmancasına savaşıb ona diz çökdürdü. Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Bu 44 günün hər günü bir tarixdir. Allah bu şanlı tarixin yazılmasında canlarından keçən bütün şəhidlərimizə rəhbət eləsin, qazilərimizə isə can salığı versin.
ŞRMİ-nin Göygöl rayon nümayənədliyi kollektivi adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunda xidmət edən bütün hərbiçiləri təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar, müvəffəqiyyətlər arzulayırıq.
Foto Qalereya