Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
15 İyun , 2021
Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi, ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan onlayn videokonfrans keçirilib. Konfransda ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi, mədəniyyət müəssisələrinin drektorları və işçi kollektivi iştirak edib.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ŞRMİ-nin bütün kollektivini, xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik.
Foto Qalereya