Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
6 Sentyabr , 2021
Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenləri laureatı Azərbaycanın görkəmli teatr və kino aktyoru, realist aktyor məktəbinin əvəzsiz nümayəndələrindən biri Səyavuş Aslanın anadan olmasının 86-cı ildönümüdür.
06.09.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon MKS-nin İnformasiya-resurs şöbəsinin təşkilatçılığı ilə Xalq artisti Səyavuş Aslanın anadan olmasının 86-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İnformasiya –resurs şöbəsinin müdiri Musayeva Müşviqə aktyorun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək qeyd etdiki, Xalq Artisti Səyavuş Aslanın anadan olmasından 86 il ötür.Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq Artisti, unudulmaz sənətkar Səyavuş Aslan yaradıcılığı vasitəsilə cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyorun zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.
Tədbirin sonunda xalq artisti Səyavuş Aslanın çəkildiyi filmlərdən video lentlər nümayiş olundu.
Foto Qalereya