Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
15 Sentyabr , 2021
15.09.2021-ci il tarixində Göygöl rayon MKS-inin Xidmət şöbəsinin oxu zalında “15 Sentyabr Bilik günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə MK-nın Oxuculara xidmət şöbəsinin Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Abdullayeva Fəxriyyə və MK-nın Uşaq şöbəsinin böyük biblioqrafı Əliyeva Cəmilə geniş məruzə ilə çıxış etdilər. Tədbirdə orta məktəb şagirdləri Bilik gününə aid şeirlər söylədilər.
Sentyabrın 15-i Azərbaycanda “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb.
Tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur.
Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
Foto Qalereya