Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 Sentyabr , 2021
21.09.2021-ci il tarixində Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayon MKS-inin İnformasiya-resurs şöbəsinin təşkilatçılığı ilə 21 Sentyabr Beynəlxalq Sülh gününə həsr olunan “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda dəyirmi masa keçirildi. İlk əvvəl dünyada münaqişə zamanı həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Metodika və biblioqrafiya şöbəsinin müdiri Qasımova Aynurə və İnformasiya-resur şöbəsinin müdiri Musayeva Müşviqə Beynəlxalq Sülh günü haqqında geniş məruzə ilə çıxış etdilər.
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq deməkdir! Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır.
Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanına çevrilməkdədirlər. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə də yeri və roluna öz müsbət təsirini göstərir. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir. Ən yüksək tribunalardan qətiyyətlə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır.
Tolerantlıq və multikulturalizm ölkəmizdə prioritet istiqamətlərdəndir. Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forum və konfranslar təşkil olunur. Ölkəmizdə gənclərin fəaliyyəti üçün geniş imkanlar var. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tarix boyu mehriban, tolerant şəraitdə yaşayıblar, multikulturalizm ölkəmizdə dövlət siyasətidir.
Foto Qalereya