Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
4 Oktyabr , 2021
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun işğaldan azad edilməsi məqsədilə MKS-in Oxuculara xidmət şöbəsində 04.10.2021-ci il tarixdə tədbir keçirildi. Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .Sonra böyük kitabxanaçı Ü.Mustafayeva məruzə ilə çıxış edərək Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən,işğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət  olduğunu, ,Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan müharibədə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 27 ildən sonra düşmən işğalından azad edildiyini qeyd etdi. Sonda “ İşğaldan azad olunan Cəbrayıl şəhərindən görüntülər” adlı video- çarx təqdim olundu.
Foto Qalereya