Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
15 Oktyabr , 2021
15 oktyabr 2021-ci ildə ŞRMİ Göygöl rayon MKS-inin S.Vurğun adına MK-nın Xidmət Şöbəsində Füzuli rayonunun erməni işğalından azad olmasının birinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Füzuli rayonunun erməni işğalçılarından azad olunması uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunmuş məruzə oxundu. Göygöl şəhər 4 saylı orta məktəbin şagirdləri Cəfərova Bahar və Baxışov Nizami şeir söylədilər. Sonra tədbir iştirakçılarına baxmaq üçün Füzuli rayonunun keçmişi və bu günü haqqında video-çarx təqdim olundu.
Foto Qalereya