Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
11 Oktyabr , 2021
II Qarabağ müharibəsində erməni terrorçuları tərəfindən Azərbaycanın
ikinci böyük şəhəri Gəncənin bomba və raket atəşinə tutulmağından və
Hadrutun erməni işğalçılarından azad edilməsindən 1 il keçir. ŞRMİ
Göygöl rayon MKS-inin S.Vurğun adına MK-nın Xidmət Şöbəsində Gəncədə şəhid olanların xatirəsinə, eyni zamanda Hadrutun Azərbaycanın qəhrəman ordusu tərəfindən erməni işğalçılarından azad edilməsinə həsr olunmuş “Erməni terroru Gəncədə”, “Azad Hadrut” başlıqlı tədbir keçirildi. Tədbir kitabxananın Xidmət şöbəsində təşkil olunmuşdur. Tədbirdə Gəncə raket atəşinə məruz qalan zaman həlak olmuş dinc əhalinin və Hadrutun azad olunması uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəliksükutla yad edildi. Hər iki mövzunu əhatə edən məruzələr oxundu və video-çarxlar izlənildi. Tədbir iştirakçıları mövzu ətrafında çıxış edərək öz fikirlərini söylədilər.
Foto Qalereya