Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
13 Mart , 2015

13 mart 2015-ci il tarixdə Göygöl şəhər Mərkəzi kitabxanası şəhər Mədəniyyət evi ilə birlikdə Azərbaycan mədəniyyətində xüsusi rolu olan müğənni, bəstəkar, aktyor və siyasi xadim Polad Bülbüloğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirmişdir. Tədbiri Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin  müdiri Şərqiyyə xanım Hümbətova açıq elan edərək Polad Bülbüloğlunun həyat və yaradıcılığı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin azərbaycan incəsənətinə, incəsənət adamlarına göstərdiyi qayğı haqqında qısa məlumat verdi. Tamaşaçılara Polad Bülbüloğlunun həyat və yaradıcılığını əks etdirən slayd təqdim olundu. “Nərgiz” xalq kollektivinin solistləri bəstəkar-müğənninin bəstələdiyi, və repertuarından olan, bu gün də insanların sevə-sevə dinlədiyi mahnıları oxudular. “Bahar” rəqs qrupunun ifa etdiyi gözəl rəqslər tamaşaçıların zövqünü oxşadı.