Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Flora və Faunası
8 Aprel , 2015


Göygöl rayonu Respublikanın qərbində kicik Qafqaz dağlarının ətəyində, Gəncədən bir qədər aralıda yerləşir. Göygöl şəhərinin ətrafında meşələr,dağlar və yeddi gözəl göl var. Rayonun ən uca zirvəsi Murov dağ silsiləsinə aid Camış dağıdır.(3724 m). Rayonun iqlimi mülayim-isti iqlimdir. Kürəkcay,Gəncəcay və Quşqara cayları bu rayonun ərazisindən kecir. Rayon ərazisində 15802 hektar meşə sahəsi var. Son dərəcə mənzərəli olması ilə diqqəti cəlb edən bu rayonda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir. Burda quşların yuva yerləri xüsusiə çoxdur. Gəncəcay və Quşqara çayları ov etmək və balıq tutmaq üçün əla yerlərdir. Rayon ərazisində zəngin meşə örtüyü, fısdıq meşələri, subalp və alp çəmənləri, eldar şamı mövcuddur. 
Rayon mərkəzi Göygöl şəhəri XIX əsrdə burada məskunlaşdırılmış alman köçkünləri tərəfindən qədim Xanlıqlar kəndinin yerində salınmışdır və Yelenendorf adlandırılmışdır. Stalin dövründə almanlar Orta Asiyaya sürgün edilmişdir. Lakin onların bu şəhərdə olmasının əlamətləri - düz küçələr, ağacdan tikilmiş binalar və kilsə hələ də qalır. Buraya gələnlər şəhərin özündən yeddi əsr qədim tarixə malik olan körpüyə də tamaşa edə bilərlər. Rayon mərkəzindən 40 km məsafədə Göygöl qoruğu yerləşir. Şəhərə xas olan vurnuxmadan uzaq olan təbiəti, meşələrin gözəlliyi, quşların cəh-cəhi, gül-çiçəklərin ətri adamı heyran edir. Göygöl dövlət təbiət qoruğu Azərbaycanda yaradılan ilk qoruqdur. 1925-ci ildə Xanlar rayonu ərazisində təşkil edilən qoruğun əksər hissəsi meşəliklərdən ibarətdir. 

Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsində 1000-3060 hündürlükdə yerləşir. Ərazidə 1100-2200 metr hündürlükdə 76 növ ağac, şərq fısdığı, şərq palıdı, vələs və kolluqlar, 420-dən çox bitki növləri , quşarmudu, itburnu, yemişan, alça, gərməşov, qorunur. 
Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, çöl qabanı,canavar,tülkü,porsuq,oxatan kirpi, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin-Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. 
Qırmızı kitablarda Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.Göy-Göl qoruğunun əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. 

"Yanlış da bir naxışdır" desək də, yanlış çox nadir hallarda naxışa çevrilir - istər insan əməlində, istərsə də təbiət hadisələrində. Təbiətin tarix boyunca naxışa çevrilmiş nadir yanlışlarından biri də bizim torpağımızın payına düşüb. 
Yer üzünün ən mənzərəli guşələrindən olan Göygöl Kəpəz dağını yerindən oynadan güclü zəlzələnin yadigarıdır: 1139-cu ildə Gəncə yaxınlığında baş vermiş güclü zəlzələ nəticəsində Kəpəz dağı uçaraq dərə uzunu axan Ağsu çayının qarşısını kəsib. Çay öz yatağı ilə axa bilmədiyinə görə, dağ bulaqlarından gələn su burada toplanaraq füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə heyrətamiz bir mənzərə yaradan məşhur Göygöl yaranıb. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşən Göygölün uzunluğu 2800 metrdir. 
Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Kiçik Qafqaz sıra dağlarında yerləşən göllər içərisində Göy-Gölə hansı tərəfdən gəlsəniz sizi hər şeydən əvvəl qarşınızdakı təkrarolunmaz gözəl panorama valeh edər. Göy-Gölün qeyri adi gözəlliyi şairləri və rəssamları yazıb yaratmaqdan yormur.Səməd Vurğun öz şeirlərindən birində Göy-gölü "Göllər şahı" adlandırır. 
Göy-Göl axan göldür. Buraya su Yuxarı Ağsu çayından tökülür.Ağsu çayı isə qonsu Maral göldən başlayır.Maral gölə tökülən çaylar isə öz mənbəyini Kəpəz dağından alır Göl bir tərəfdən nadir Eldar şamı meşəsi, digər tərəfdən isə qarışıq enli yarpaqlarla əhatə olunub. Çöl heyvanlarının ən çox məskunlaşdığı ərazidir. 
1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc göstərmək olar. 

" style="text-decoration:underline">Çayları

 

Gəncəçay-kürün sağ qoludur. Daşkəsən, Göygöl rayonları, Gəncə şəhəri ərazisindən axaraq Mingəcevir su anbarına tökülür. 
Uzunluğu 99 km, hövzəsinin sahəsi 752 kvadrat km-dir. Murovdağ silsiləsindən (2814 m) başlayan bulaqlar çayın mənbəyini təşkil edir. Yuxarı axımında çaya, sağdan Zivlən (uzunluğu 15 km), soldan isə Dəstəfur (uzunuğu 28 km) və Xoşbulaq (uzunluğu13 km) kimi qollara qarışır. İllik axımının 38%-i qar, 15%-i yağış, 47%-i isə yeraltı sular hesabına yaranır. Orta illik su sərfi 4,0 kub m/san-dir. Çayda yaz daşqını mart ayının axırın-dan başlayıb iyunun əvvəllərinə kimi (110 günə qədər) davam edir. Daşqın vaxtı keçən axım illik axım həcmindən 10-15 dəfə artıqdır. Çayın orta illik su sərfi 4,0 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 35-40%-i, payız-qış fəsillərində isə 10-15%-i keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 15%-i axıdılır. Çayda ən az su sərfi iyul-avqust və dekabr-yanvar aylarında olur. Gəncəçaydan suvarmada, energetikada və başqa sahələrdə (dəyirmanların işlədilməsində) geniş istifadə edilir. Zurnabad kəndi qarşısında su anbarı yaradılmışdır. 
Kürəkçay - Kürün sağ qoludur. Göygöl, Goranboy rayonları ərazisindən axır. Uzunluğu 186 km, hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi Murovdağ silsiləsinin şimal yamacından (3100 m) başlayır. Başlıca qolları sağdan, Goran (uzunluğu 33 km), Ağsu (uzunluğu 15 km) soldan isə Korçay (uzunluğu 38 km), Azadçay (uzunluğu 18 km) çaylarıdır. 
Axımı əsasən yeraltı (47%) və qar (43%), qisman də yağış (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir. İntensiv suvarma dövründə illik axımının 20%-i axır. Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə edilir. Üzərində balıq yetişdirən zavod vardır.

Dağları

 

 

Kəpəz 
Azərbaycan Respublikasının Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyindədir. Hündürlüyü 3030 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Yuranın əhənkdaşılarından təşkil olunmuşdur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olmuşdur. Son uçqun 1139-cu ildə baş vermişdir. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl, Maralgölü əmələ gətirmişdir. 

Murov 
Kiçik Qafqaz dağları Azərbaycanın digər dağlarından fərqli olaraq az parçalanmışdır. Burada suayrıcılar, yamaclar hamardır. Azərbaycan daxilində işğal olunmuş, Murovdağ, yaylasıdır. Şahdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır, onun ən uca zirvəsi Gamışdağdır (3774m). Şahdağ və Murovdağın cənub yamacları qısa, dik və sıldırımlı, şimal yamacları isə meyilli və hamardır. Murovdağdan cənub-qərbə doğru uzanan Qarabağ silsiləsi Araz çayına doğru davam edir. Murovdağ silsiləsi enlik istiaqamətində uzanan, qayalı, daşlı suayrıcı Kiçik Qafqaz vilayətini iki hissəyə: şimal-şərq və cənub-şərq hissəyə ayırır. Murovdağ silsiləsinin qərb qurtaracağında şimal-şərqə doğru Şahdağ silsiləsi, cənub istiqamətində isə Göyçə silsiləsi uzanır. Qarabağ silsiləsi Murovdağın cənubundan başlayaraq Araz çayına qədər uzanır.