Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
5 May , 2015

Göygöl rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 05.05.2015-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Mədəniyət müəssisələri işçiləri ilə "Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermənin ağır fəsadları" mövzusunda görüş keçirildi. Görüşdə terror aktının törədilməsinin qarşısının alınması və aradan qaldırılmasından, "terrorçuluq" ictimai təhlükəsziliyin pozulması, əhali arasında vahimə yaratmaq və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumatın verilməsindən, hüquqazidd cinayyət törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən, (Cinayyət Məcəlləsinin 216-cı Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunmasından, teror aktı törədən və ya törətməyə cəhd göstərən fiziki və hüquqi şəxslərin vəsaitlərinin və digər maliyyə aktivlərinin dondurulması sahəsində tədbirlərin görülməsindən danışıldı.