Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
6 May , 2015

6 May 2015-ci il tarixdə Göygöl rayon MKS Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Sən elə bir zirvəsən” başlığı altında VIII Ümumrespublika Kitab bayramı keçirildi. Kitab bayramı H. Əliyev adına istirahət parkında təşkil olunmuşdur. Park ulu öndərimiz H. Əliyevin, dünya alim və filosoflarının elm, bilik və kitab haqqında dedikləri müdrik kəlamlar yazılmış plakatlar, gül-çiçək, şarlarla bəzədilmişdir. Tədbirdə RİH-dən, Təhsil şövəsindən, Uşaq musiqi məktəbindən, digər idarə və təşkilatlardan nümayəndələr və məktəblilər iştirak edirdi. Mərkəzi kitabxana “Tarixi yaradan dahi şəxsiyyət”, “Yerli yazarlarımız”, “Yaddan çıxmaz Qarabağ”, “Yeni kitablar”, “Bakı-2015 I Avropa oyunları”, “2015-ci il “Kənd Təsərrüfatı ili”dir”, “Kitabxanamızın ən çox oxunan kitabları”, “Danışan kitablar”, “I Avropa Oyunları  uşaqların gözü ilə”,”Milli-mənəvi dəyərlərimiz”, “Hər gün təzə kitabla sevindirin uşağı, Kitab tutan əllərin sönməz olur çırağı.” və s. müxtəlif başlıqlar altında  təşkil olunmuş kitab sərgilərində 2500-dən çox ədəbiyyat iştirakçılara təqdim olunmuşdur. “Bacarıqlı əllər” başlığı altında hazırlanmış sərgidə rayon sakinləri tərəfindən hazırlanmış sənət əsərləri iştirakçıların böyük marağına səbəb olmuşdur. Şəhər Mədəniyyət evinin təşkil etdiyi konsert proqramı, “Bahar” rəqs qrupunun təqdim etdiyi gözəl rəqslər tədbirə daha şən əhval-ruhiyyə bəxş etdi.