Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
1 İyun , 2015

     01.06.2015-ci il tarixdə Göygöl rayon  MKS-nin Uşaq şöbəsində “Dünyamız uşaq gözündə” başlığı altında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbir keçirildi. Tədbiri  giriş sözü ilə Uşaq şöbəsinin oxu zalının müdiri açaraq elan  etdi. Sonra məruzə etmək üçün söz verildi Uşaq şöbəsinin baş kitabxanaçısı Nəbiyeva Şövkətə.  Göygöl rayon S.Vurğun adına 3 saylı orta məktəbin şagirdlərinə söz verildi. Uşaqlar Azərbaycana, Vətənə  aid şerlər və  mahnılar  ifa etdilər. Tədbirdə “Dünyamız uşaq gözündə” başlığı altında uşaq ədəbiyyatından ibarət kitab sərgisinə baxış keçirildi.

Foto Qalereya