Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
8 İyun , 2015

8 iyun 2015-ci ildə Göygöl şəhər Mədəniyyət evində Azərbaycanın böyük şairi Əliağa Vahidin anadan olmasının 120 illik yubileyi keçirildi. Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə xanım Hümbətova açaraq sözü aparıcıya verdi. İştirakçılara şairin həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olundu. Məktəblilər Ə. Vahidin qəzəllərini söylədilər. Şəhər Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Nərgiz” xalq kollektivi şairin sözlərinə bəstələnmiş musiqi nömrələrini təqdim etdi.

Foto Qalereya