Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Haqqımızda
8 İyul , 2015

 İlk kitabxana almanlar tərəfindən yaradılmış, 1870-ci ildə Yelenendorfda (indiki Göygöldə) alman kitablarından ibarət içtimai kitabxanada 300-dən çox kitab olmuşdur. Əsası almanlar tərəfindən qoyumuş rayon mərkəzi kitabxanası 1926-cı ildə yaradılmışdır. 3 fevral 1975-çi il tarixli "Dövlət kütləvi kitabxanaların birləşdirilməsi haqqında" əsasnaməyə müvafiq 1977-ci il tarixdə Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil olunmuşdur. Mərkəzi kitabxana Azərbaycanın xalq şairi Səməd Vurğunun adını daşıyır. 
    11 oktyabr 2011-ci il tarixli 162 nömrəli "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sisteminin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri" qərarına müvafiq olaraq Göygöl rayon MKS-də kitabxana-informasiya şəbəkəsinin strukturunun təkmilləşdirilməsi məqsədilə mərkəzi kitabxanada yeni struktur əsasında birləşdirilmiş kitabxana filiallarının mövcud ştat vahidləri çərçivəsində iki yeni şöbə (kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbələri) yaradılmışdır. 
    Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 41 kitabxana: 1 mərkəzi kitabxana, 1 şəhər və 39 qəsəbə və kənd kitabxana filialları daxildir. MKS-də 78 nəfər işçi calışır onlardan 16 nəfər mütəxəssis ali və orta ixtisas təhsillidir. Mərkəzi kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir.


  • 1. Oxuculara xidmət şöbəsi
  • 2. Uşaq şöbəsi
  • 3. Komplektləşdirmə və kitabişləmə şöbəsi
  • 4. Metodika və biblioqrafiya şöbəsi
  • 5. Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
  • 6. İnformasiya – resurs şöbəsi

Oxuculara xidmət şöbəsi

Kitabxanaçı ilə oxucu arasında ünsiyyət burdan yaranır. Oxucularla xidmət şöbəsi oxuculara xidmət göstərir. Oxucuları lazımi ədəbiyyatla təmin edir. Oxucu sorğularının dolğun və operativ ödənilməsinə kömək edir. Əyani və şifahi təbliğat formalarından istifadə edərək kütləvi tədbirlər təşkil edir. Respublika üzrə keçirilən ənənəvi “Kitab bayramlarında” fəal iştirak edir. Şöbə Heydər Əliyev prospekti, 36 ünvanında yerləşir. 
Kitab fondu 58909 nüsxə, oxucusu 3782 nəfərdən ibarətdir.

 

 

 

 

Uşaq şöbəsi


Uşaq şöbəsi uşaqlara kitabxana xidməti göstərir, şagirdlərin mütaliəyə cəlb olunmasına cavabdeh olur, uşaq ədəbiyyatı fondlarının formalaşdırılmasını və MKS-də uşaqlarla işin istiqamətlərini müəyənləşdirir. Uşaq şöbəsi Hummel küç., 5 ünvanında yerləşir.
Kitab fondu 14562 , oxucusu isə1454 nəfərdən ibarətdir.