Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 İyul , 2015

31 iyul 2015-ci il tarixdə S. Vurğun adına MK-nın Xidmət şöbəsi “1 Avqust Azərbaycan dili, Azərbaycan əlifbası günüdür” başlığı altında tədbir keçirdi. Oxu zalında “1 Avqust - Azərbaycan dili, Azərbaycan əlifbası günüdür” başlığı altında kitab sərgisi tərtib olunmuşdur. Kitabxananın multimedia üzrə mütəxəssisi A. Namazovanın oxuduğu məruzə dinlənildikdən sonra tədbir iştirakçılarına Azərbaycanın Xalq şairi B. Vahabzadənin yazdığı və özünün söylədiyi “Ana dilim” şeiri, ana dilimizin qorunub bu günə çatdırılması üçün xalqımızın keçdiyi keşməkeşli yollardan bəhs edən video-slayd təqdim olundu. Tədbir iştirakçılar tərəfindən böyük maraqla izlənildi.