Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
6 Oktyabr , 2015

Oktyabrın 6-da Göygöl rayon Mədəniyyət Mərkəzinın zalında Mədəniyyət Mərkəzi ilə Mərkəzi kitabxananın birgə təşkil etdiyi Xalq Şairi, dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Şərqiyyə Hümbətova bildirdi ki, Prezident İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamı mədəniyyətimizə ,ədəbiyyatımıza verilən yüksək qiymətin bariz nümunəsidir.

Tədbirdə şair haqqında sənədli film nümayiş olundu. Daha sonra tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivinin musiqi nömrələri, "Bahar" rəqs qrupunun şən rəqsləri və Mərkəzin dram dərnəyinin hazırladığı  səhnəciklə  davam etdirildi.

Foto Qalereya