Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Elanlar
5 Noyabr , 2015

5 noyabr 2015-ci il tarixdə Göygöl rayon MKS-nin Uşaq şöbəsində “Nağıl otağı” yaradıldı. Nağıl otağında “Nağıllar aləmi”, “Danışan kitablar” və müxtəlif oyuncaqlar nümayış etdirildi.

Tədbiri  MKS-nin direktoru İntizar Əliyeva açıq elan edərək, bu gözəl gün münasibətilə təbrik etdi.

Tədbirdə “Cücələrim” uşaq bağçasının fidan balaları iştirak etdilər. Tədbirdə uşaq bağçasının fidan balalrı üçün bir neçə “Aslan tülkü və qurd”, “Qarğa və tülkü”, “Tülkü və qarışqa” və “Toyuq, ördək və siçan” nağılları danışıldı, sonra suallar verildi. Tədbirin sonunda uşaqlar rəqs etdilər.