Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
19 Noyabr , 2015

Göygöl rayonunun ziyalı xanımı: həvəskar bəstəkar, şair, pedaqoq-Əməkdar müəllim Almaz xanım Rzayevanın anadan olmasının 80 illik yubileyi münasibətilə Göygöl rayon Mərkəzi kitabxana  mədəniyyət mərkəzində ədəbi-bədii gecə təşkil etdi. Tədbirdə Almaz xanımın həyat və yaradıcılığından rayon rəsmiləri, uzun müddət fəaliyyət göstərdiyi Gəncə şəhər 5 saylı  tam orta məktəbin direktor və müəllim kollektivi və Gəncə şəhər Veteranlar şurasının sədri  söz açdılar. Yubiliyarın  yazdığı şeirlər söylənildi, bəstələdiyi mahnılar ifa edildi. Almaz xanım bəstələdiyi “Xoşbulağım” mahnısını özü ifa edərək tamaşaçılara böyük sevinc bəxş etdi. Tədbirin sonunda yubiliyarla xatirə şəkili çəkildi.

 

Foto Qalereya