Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
1 İyun , 2011

 Tədbiri giriş sözü  ilə Göygöl rayon Təhsil, Səhiyyə və Mədəniyyət İşləri üzrə İHB-nın müavini K İbrahimova açaraq uşaqları bayram münasibəti ilə təbrik etdi.Tədbirdə Göygöl rayon 3 saylı “Göyərçin”, 7 saylı “Cücələrim”,  5 saylı “8 Mart” və sairə məktəbəqədər tədris  müəssisələrinin müəllim kollektivi və rayon ictimayyəti iştirak edirdi.Tədbirdə uşaqlar şən nömrələri ilə cıxış edərək vətən,ana,torpaq və günəş haqqında şeirlər söylədilər. Tədbirdə uşaq ədəbiyyatından maraqlı nümunələr nümayiş etdirildi. Tədbirin sonunda şən musiqi sədaları altında uşaqları rəqsə dəvət etdilər.


Foto Qalereya