Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
5 May , 2016

Göygöl rayon   MKS 5 May 2016-cı il tarixdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə IX Ümumrespublika Kitab bayramı keçirdi. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət işləri üzrə müavini Kəmalə xanım İbrahimova və Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə xanım Hümbətova və digər məsul vəzifəli şəxslər, məktəblilər,  o cümlədən bütün rayon içtimaiyyəti iştirak etmişdir.

Heydər Əliyev adına istirahət parkı gül-çiçək, rəngli şarlar, məhşur insanların kitab haqqında dediyi müdrik kəlamlar yazılmış plakatlarla və simvolik olaraq böyük kitab maketləri ilə  bayramsayağı bəzədilmişdir.

Kitab bayramında müxtəlif başlıqlar altında sərgilər: “Yeni kitablar”, “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən latın qrafikası ilə çap olunan və kitabxanalara hədiyyə edilmiş kitablar.”,  “Müstəqil Azərbaycanın memarı”,  “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Çox oxusan çox bilərsən”, “To learn English”, “Multikulturalizm həyat tərzimizdir”, “Yaddan çıxmaz Qarabağ”, “Qanun hüquqlarımızın keşikçisidir”, “Yerli yazarlarımız”, “Kitabxanamızın ən qədim kitabları”, “Uşaq ədəbiyyatından nümunələr”, “Danışan kitablar” və s. təşkil olunmuşdur ki, bu sərgilərdə 1000 nüsxədən çox kitab nümayiş etdirilmişdir. Tədbirdə şəhər Mədəniyyət evinin “Nərgiz ” xalq kollektivi vətənpərvər ruhda konsert proqramı təşkil etmiş, məktəblilər ulu öndərə, vətənə, xalqa həsr olunmuş şeirlər söylədilər. Tədbir iştirakçıları sərgidə nümayiş olunmuş  kitablara böyük maraqla yanaşırdılar.

 

Foto Qalereya