Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İşğal olunmuş torpaqlarımız
9 İyun , 2016

Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətiyaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur[1]. Vilayətin tərkibinə Əsgəran rayonuHadrut rayonuMardakert rayonuMartuni rayonuŞuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi[2]. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq CümhuriyyətininAzərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altındadır. Azərbaycanın "musiqi akademiyası" kimi tanınır[3].

Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsax kimi işlənir.

Qarabağ haqqında  faktlar

"Qarabağ haqqında həqiqi faktlar" (The series of "The true facts about Garabagh") – kitablar seriyasında məlumat ingilis dilində olduğundan, olduğu kimi verilir:

Dağlıq Qarabağ Muxtar Vilayəti

  • Ərazi – 4388 sq.km
  • Əhali (1989) – 189085
  • Ermənilər – 145450 (76,9%)
  • Azərbaycanlılar – 40688 (21,5%)
  • Ruslar – 1922 (1%)
  • Digərləri – 1025 (0,6%)

Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonlar və onların işğal tarixi

  • Xankəndi - 25 dekabr 1991 - 53500
  • Xocavəd - 2 oktyabr 1992 - 41725
  • Şuşa - 08 may 1992 - 24900
  • Laçın – 18 may 1992 – 71000
  • Kəlbəcər – 2 aprel 1993 – 74000
  • Ağdam – 23 iyul 1993 – 165600
  • Füzuli – 23 avqust 1993 – 146000
  • Cəbrayıl – 23 avqust 1993 – 66000
  • Qubadlı – 31 avqust 1993 – 37900
  • Zəngilan – 29 oktyabr 1993 – 39500

Təcavüzün qurbanları

  • Ölənlər – 20000
  • Şikəstlər – 50000
  • İtkinlər – 4866

Dağıntılar və zərərlər

  • Yerləşim yerləri – 890
  • Evlər – 150000
  • İctimai binaları – 7000
  • Məktəblər – 693
  • Uşaq bağçaları – 855
  • Səhiyyə müəssisələri – 695
  • Kitabxanalar – 927
  • Məbədlər – 44
  • Məscidlər – 9
  • Tarixi yerlər – 9
  • Tarixi abidə və muzeylər – 464
  • Muzey – 40000
  • Sənaye və kənd təsərrüfatı müəssisələri – 6000
  • Avtomobil yolları – 8000 km
  • Körpülər – 160
  • Su kəmərləri – 2300 km
  • Qaz kəmərləri 2000 km
  • Elektrik xətləri – 15 000 km
  • Meşələr – 280000 ha
  • Əkin sahəsi – 1000000ha
  • Suvarma sistemləri – 1200 km

Ümumi zərər 60 milyard ABŞ dolları qədər təxmin edilir.