Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
20 Yanvar , 2017

20 Yanvar 2017-ci il tarixdə Göygöl şəhər Mərkəzi kitabxanasında 1990-cı il yanvar ayının 19 -dan 20 -ə keçən gecə Bakıda törədilmiş faciəvi hadisəyə həsr olunmuş "20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi!" başlığı altında ədəbi - bədii gecə keçirilmişdir. Mərkəzi kitabxananın Oxu zalında 20 Yanvar hadisəsindən bəs edən slayd,  şəkillərdən ibarət fotostend və kitab sərgisi təşkil olunmuşdur. Tədbirdə ilk öncə məruzə oxundu,  bir dəqiqəlik sukutla şəhidlərin xatirəsi yad edildi. Sonra məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiya  ilə çıxış etdilər.

Foto Qalereya