Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
23 Fevral , 2017

23. 02. 2017-ci il tarixdə Göygöl rayon MKS-nin 25 saylı Mollacəlilli kənd kitabxana filialı Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi” başlığı altında anım tədbiri keçirdi. Tədbirdə Mollacəlilli kənd orta məktəbinin şagirdləri iştirak edirdi. İlk öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri MKS-nin 25 saylı Mollacəlilli kənd kitabxana filialının müdiri Arzu Nəbiyeva açaraq Xocalıda xalqımızın başına gətirilən ağır müsibətlərdən danışdı. Xocalı soyqırımı xalqımızın tarixinə qanla yazılmış ən müdhiş səhifələrdən biridir. Nə qədər Azərbaycan xalqı var bu tarix unudulmamalıdır.

Tədbirin sonuna Mollacəlilli kənd orta məktəbinin şagirdləri kompazisiya ilə çıxış etdilər.

Foto Qalereya