Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
18 Yanvar , 2017

Göygöl rayon MKS-nin 13 saylı Mixaylovka kənd kitabxana filialı 18 yanvar 2017-ci il tarixdə  1990-cı il yanvar ayının 19-dan 20 -ə keçən gecə Bakıda törədilmiş faciəvi hadisəyə həsr olunmuş tədbir keçirmişdir. İlk öncə 20 Yanvar qurbanları bir dəqiqəlik sukutla yad olundu.  Mövzunu əhatə edən "20 Yanvar faciəsi" başlığı altında kitab sərgisi tərtib olunmuşdur. Tədbirdə kitabxanaçı Əsədova Validə məruzə ilə çıxış etdi.  Tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən  danışdı. Tədbirdə orta məktəb şagirdləri  iştirak etdilər

Foto Qalereya