Göygöl rayon Mərkəzi kitabxanası

Göygöl rayon MKS
Rayon haqqında
28 Aprel , 2017

Alman mühaciri Yakob Hummel yerli məktəbdə müəllim işləmiş və Azərbaycanın arxeologiya və etnoqrafiyası ilə məşğul olmuşdur. Azərbaycanda arxeologiya elminin banilərindən biri olmuşdur. 1927-ci ildə onun təşəbbüsü ilə Yelenendorfda diyarşünaslıq müzeyi yaradılmşdır. 1930-cu ildə Y. Hummel arxeoloji qazıntıya Gəncə çayının ətrafında başlamışdır. Burada o, neolit və tunc dövrünə aid maraqlı abidələr çıxartmışdır. Bu materiallar Xanların (Göygöl) diyarşünaslıq muzeyində yerləşdirilmişdir. 1955-ci ildə Azərbaycan Tarix Muzeyində elmi ekspozisiya yaranan vaxt bu materiallar qorunub saxlanmaq və nümayiş etdirmək üçün qəbul olunmuşdur. Gillikdağdan bu arxeoloji materiallar tapılmışdır: 18 daş əmək aləti, 45 daş parçası və 9 sal daşdan ibarət idi. 
1854-cü ildə tikilən Lüteran kilsəsi isə hazırda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Kilsə almanlar tərəfindən tikilib. 1982-ci ildən isə rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000 - dən artıq eksponatı var. Muzeyin ekspozisiyası qədim zamanlardan indiyədək Göygöl rayonunun tarixini və milli mentalitetini əks etdirir. Muzeyin ekspozisiyası 6 salondan ibarətdir: 
1.salon-Göygölün təbiəti. Göygöl qədim dövrdə. 
2.salon-Göygöl orta əsrlərdə. 
3.salon-Göygöl yeni dövrdə. 
4.salon-Hərbi vətənpərvərlik tərbiyəsi 
5.salon-Azərbaycanda demokratik hərəkatı. Kommunist rejiminin iflası. SSRİ-nin dağılması. 
6. salon - Operativ sərgi - Azərbaycan son 10 ildə. 

Muzeyin fonduna 456 ədəd məişət əşyası, 190 ədəd foto şəkil, 236 ədəd sənəd, 85 ədəd digər eksponatlar daxildir. Balçılı kəndinin sakinlərinin köməyi ilə 500-ə qədər tarixi əşyalar toplanıb, həmin əşyalar muzey eksponatı kimi inventarlaşdırılıb. Muzeydə müxtəlif tədbirlərlə bağlı sərgilər, foto-stendlər, vaxtaşırı xarici qonaqlar üçün musiqili tədbirlər təşkil olunur. Muzey binası 2008-ci ildə bərpa edilib. Muzey şənbə və bazar günlərindən başqa hər gün saat 9.00-dan 18.00-dək işləyir. Ünvan: Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi 39. tel: (02220) 5- 21- 40.