Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
2 May , 2017

Göygöl rayon   MKS  2 May 2017-ci il tarixdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə X Ümumrespublika Kitab bayramı keçirmişdir. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət işləri üzrə müavini Kəmalə xanım İbrahimova və Şəmkir  regional Mədəniyyət və Turizm idarəsinin rəsmiləri, digər məsul vəzifəli şəxslər, o cümlədən bütün rayon içtimaiyyəti iştirak etmişdir.

Göygöl şəhər Mədəniyyət Mərkəzinin həyəti gül-çiçək,  məhşur insanların kitab haqqında dediyi müdrik kəlamlar yazılmış plakatlarla və simvolik olaraq böyük kitab maketləri ilə  bayramsayağı bəzədilmişdir.

Kitab bayramında müxtəlif başlıqlar altında sərgilər: “Yeni kitablar”, “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən latın qrafikası ilə çap olunana və kitabxanalara hədiyyə edilmiş kitablar.”,  “Müstəqil Azərbaycanın memarı”,  “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Çox oxusan çox bilərsən”, “Tu learn English”, “2017 –ci il Azərbaycanda “İslam Həmrəyliyi ili”dir!, “Yaddan çıxmaz Qarabağ”, “Qanun hüquqlarımızın keşikçisidir”, “Yerli yazarlarımız”, “Bacarıqlı əllər”, “Uşaq ədəbiyyatından nümunələr”,  “Turizm guşəsi” “Yazılsın tarixə bir qızıl xətlə, 45-ci ilin 9 May günü!”, “Danışan kitablar”, “Nağıllar aləmində” və s. təşkil olunmuşdur ki, bu sərgilərdə 2000nüsxəyə yaxın kitab nümayiş etdirilmişdir. Tədbir iştirakçıları sərgidə nümayiş olunmuş  kitablara böyük maraqla yanaşırdılar. Göygöl şəhər Təbiət elmləri təmaüllü liseyinin şagirdləri Ümummilli liderimizə, doğma vətənimizə həsr olunmuş şeirlər söylədilər, Mədəniyyət evinin ansambılı konsert proqramı ilə çıxış etdi.

 

Foto Qalereya