Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
20 Yanvar , 2012

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu hadisə Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız heç zaman bu yolda mübarizə aparıb şəhid olanları unutmayacaq. 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi Göygöl rayonunda da anım günü keçirilmişdir. Tədbir zamanı “Şəhidlər xiyabanı” ziyarət olundu, bu günün tarixi anlamı barədə məruzə edildi, şəhidlərin ruhuna dualar oxundu və bir dəqiqəlik sükutla xatirələri yad edildi.

Foto Qalereya