Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
9 Noyabr , 2011

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən Türkçülük, islamçılıq və müasirlik düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. 
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir. Göygöl rayon Mədəniyyət və Tirizm şöbəsində 9 noyabr 2012-cü il tarixində  Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Dövlət Bayrağımızın təsis olunması haqqında danışıldı, məktəblilər vətənpərvər ruhlu şeirlər söylədi. Rayon 7 illik musiqi məktəbi bayram konserti ilə çıxış etdi.

Foto Qalereya