Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
22 Fevral , 2012

22  Fevral 2012-ci il tarixdə Göygöl rayon S. Vurğun adına Mərkəzi kitabxananın Oxu zalında Xocalı soyqırımının 20 –ci ildönümünə həsr olunmuş “Xocalı harayı “ başlığı altında tədbir keçirildi. Tədbirdə R.İ.H. nümayəndələri, təhsil və mədəniyyət  işçiləri, məktəblilər iştirak edirdi. H. Əliyev muzeyinin ekskursiyaçısı L. Mövlayeva 1992-ci il Fevral ayının 26 – da erməni qəsbkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış etdi. Oxu zalında hazırlanmış foto-stend, kitab sərgisi, mövzunu əhatə edən slayd iştirakçıların marağına səbəb oldu. Tədbirdə İ. Novruzov adına 4 saylı orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi- bədii kompozisiya təqdim etdilər və şeirlər söylədilər.

Foto Qalereya