Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Oktyabr , 2011

17 oktyabr 2011-ci il tarixdə Göygöl rayon S.Vurğun adına MKS-nin Xidmət  şöbəsində Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyi münasibəti ilə “Yaşa doğma, Azərbaycan!” başlığı altında ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə rayon ictimayyəti, məktəblilər iştirak edirdilər.

Fəal oxucuların iştirakı ilə təşkil olunmuş tədbir də vətənpərvərlik mövzusunda şeirlər söylənmiş, “Bayrağım adlı” kompozisiya və şən musiqi  nömrələri iştirakçılara təqdim olunmuşdur.

“Azərbaycanın müstəqilliyi əbədidir” başlığı altında kitab sərgisi tərtib olunmuşdur. Tədbirin təşkil olunmasında Göygöl rayon 5 saylı orta məktəbin müəlliməsi Roza xanımın və şagirdlərinin xüsusi köməyi olmuşdur.

Foto Qalereya