Göygöl rayon Mərkəzi kitabxanası

Göygöl rayon MKS
Tədbirlər
10 Noyabr , 2017

10 noyabr 2017-ci il tarixdə Göygöl şəhər Oxuculara xidmət şöbəsi 12 Noyabr Konstitusiya günü münasibətilə Oxu zalında tədbir keçirilmişdir. Kitabxananın Oxu zalında "12 Noyabr - Konstitusiya Günüdür" başlığı altında kitab sərgisi təşkil olunmuşdur. Tədbirdə yuxarı sinif şagirdləri iştirak edirdi. Məruzəçilər Məhərrəmova Gültəkin və Abdullayeva Fəxriyyə Azərbaycanda Milli Konstitusiyamızın yaranması tarixindən məruzə ilə çıxış  edərək, əsasQanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu və  demokratik sənəd kimi özünü doğrultduğunu söylədilər. 

Foto Qalereya