Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
6 Dekabr , 2017

6 dekabr 2017-ci il tarixdə S. Vurğun adına Mərkəzi kitabxananın Xidmət şöbəsinin Oxu zalında Göygöl rayonunun Milli Qəhrəmanı Sayadov Mehman Qəzənfər oğlunun   anadan olmasının 45 - ci ildönümünə həsr olunmuş tədbir kecirildi. Tədbirdə qəhrəmanın xatirəsinə həsr olunmuş “Sayadov Mehman- 45”başlığı altında kitab sərgisi  təşkil olunmuşdur. Sonra Xidmət şöbəsinin İnformasiya texnologiyaları üzrə mütəxəssisi Abdullayeva Fəxriyyə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sayadov Mehman Qəzənfər oğlunun qısa həyat və cəsarətli döyüş yolundan danışdı. O, bütün şəhid olan vətən övladlarımızla qürur duyduğunu söylədi.  Tədbir iştirakçılarına Milli Qəhrəman Sayadov Mehman Qəzənfər oğluna  həsr olunmuş slayd təqdim olundu.

Foto Qalereya