Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
18 Yanvar , 2018
Göygöl rayon MKS-nin 27 saylı Üçtəpə kənd kitabxana filialı 18 yanvar 2018-ci il tarixdə 19-20 yanvar 1990-cı il tarixdə baş vermiş 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Qanlı yanvar şanlı yanvar” başlığı altında məktəblə birgə tədbir keçirdi. Tədbir iştirakçıları ilk oncə 20 yanvar  şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbirdə Üçtəpə kənd məktəbinin müəllimləri, məktəbin şagirdləri iştirak etdilər.Tədbir iştirakçılarına 20 yanvar faciəsinə həsr olunmuş məruzə oxundu, video-slayd göstərildi, ədəbi-bədii kompozisiya nümayiş etdirildi
Foto Qalereya