Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
9 Fevral , 2018

9 fevral 2018-ci il tarixdə Göygöl rayon MKS-nin S. Vurğun adına MK-nın Xidmət şöbəsində Azərbaycan kinosunun yaranmasının 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu - 120” başlığı altında ədəbi-bədii gecə keçirildi. Kitabxananın Oxu zalında “Azərbaycan kinosu - 120” başlığı altında kitab sərgisi təşkil okunmuşdur. Tədbiri Xidmət şöbəsinin müdiri İ. Sadıqova açıq elan edərək sözü məruzəçiyə verdi. Məruzəçi Multi media üzrə mütəxəssis A. Namazova tədbir iştirakçılarına Azərbaycan kinosunun yaranması tarixi haqqında danışdı. Sonra tədbir iştirakçılarına 1924 – cü ildən indiyədək çəkilmiş  azərbaycan filmlərindən qısa fraqmentlərdən ibarət video-slayd göstərildi.

 

Foto Qalereya