Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
3 May , 2018

Göygöl rayon   MKS – də 3 May 2018 – ci il tarixdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 – ci ildönümü münasibəti ilə XI Ümumrespublika Kitab bayramı keçirildi. Tədbiri Göygöl rayon MKS-nin direktoru İntizar xanım Əliyeva açıq elan etdi. Kitab bayramında müxtəlif başlıqlar altında sərgilər: “Yeni kitablar”, “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən latın qrafikası ilə çap olunana və kitabxanalara hədiyyə edilmiş kitablar.”,  “Müstəqil Azərbaycanın memarı”,  “Azərbaycan kinosu - 120”, “Çox oxusan çox bilərsən”, “Tu learn English”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Yaddan çıxmaz Qarabağ”, və  “Uşaq aləmi guşəsi”, “Nağıl otağı”, “Şəhidlər unudulmur” s. təşkil olunmuşdur ki, bu sərgilərdə 2000 nüsxədən çox kitab nümayiş etdirilmişdir. Tədbirdə məktəblilər ümummilli liderə, vətənə, azadlığa həsr olunmuş şeirlər, kitaba mütaliəyə aid müdrik fikirlər söylədilər. Rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq ansambılı şən musiqi nömrələri ilə çıxış etdilər.

 

 

Foto Qalereya