Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 May , 2018

    21 May 2018-ci il  tarixdə H.Əliyev Mərkəzində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti- 100”  dəyirmi masa təşkil olunmuşdur. Məruzə ilə H.Əliyev Mərkəzində fəaliyyət göstərən Cümşüdlü kənd kitabxana filialının müdiri İbrahimova Aygün çıxış edərək cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən respublikamız ümummilli lider Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi.Tədbirdə  Xalq  Cümhuriyyətinin 100 illiyi haqqında video-çarx göstərildi. Tədbirdə Mərkəzi kitabxana, H.Əliyev Mərkəzinin kollektivi və rayon məktəbinin şagirdləri iştirak etdilər.

 

 


Foto Qalereya