Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
16 May , 2018

      16 may 2018-ci il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində  Beynəlxalq Muzeylər günü ilə əlaqədar “18- May Beynəlxalq Muzeylər Günü” adı altında tədbir təşkil olundu .Tədbirdə H.Əliyev Mərkəzində fəaliyyət göstərən Cümşüdlü kənd kitabxana filialının müdiri İbrahimova Aygün məruzə ilə çıxış edərək  muzeylərin mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisə kimi cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını bildirdi. Tədbirin  sonunda Muzeylər günü ilə əlaqədar video çarx nümayiş etdirildi.

 

Foto Qalereya