Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 May , 2018

25 May 2018-ci il tarixdə Göygöl şəhər S. Vurğun adına MK-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın müstəqilliyi əbədidir!” adı altında tədbir keçirildi. Xidmət şöbəsinin  Oxu zalında “Azərbaycan Xalq Cümhuriyyəti -- 100” başlığı altında foto – stend, kitab sərgisi təşkil olunmuşdu. Tədbiri açıq elan etmək üçün aparıcı sözü MKS-nin direktoru İntizar xanım Əliyevaya verdi. Sonra söz Xidmət şöbəsinin böyük kitabxanaçısı Ülviyyə Mustafayevaya verildi. O, AXC-nin yaranma tarixi haqqında geniş məruzə ilə çıxış etdi. Şəhər 4 saylı tam orta məktəbin şagirdləri hazırladıqları ədəbi – bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim etdilər. Tədbirin sonunda iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  video-çarx göstərildi.

Foto Qalereya